Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (Strategiya) üzrə Tədbirlər Planının 1.1.8.4-cü bəndinin "Milli iqtisadiyyatda Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması" alt indikatorlarından biri olan “4Sİ texnologiyalarının tətbiqi üzrə reyestrin formalaşdırılması və qiymətləndirmənin aparılması”nın icrası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunmuşdur. Bu məqsədlə 4Sİ texnologiyalarının müxtəlif sahələrə tətbiqi istiqamətində görülən işlər və həyata keçirilən layihələr barədə məlumatların təqdim edilməsi məqsədilə Sizi aşağıdakı müraciət formasında iştirak etməyə dəvət edirik.