4Sİ texnologiyaları


3D Çap

3D Printerlə çap əməliyyatı rəqəmsal fayldan üç ölçülü fiziki obyektlərin hazırlanması prosesidir. 3D çap günümüzdə inkişaf edən sahələrdən biridir. Bu qurğuların köməyi ilə oyuncaqlar, aksesuarlar, idman ayaqqabıları, silahlar və maşınlar çap etmək mümkündür. Əslində 3D çap yeni bir texnologiya deyil. Onun tarixi təxminən 30 il əvvəl ABŞ-da fotopolimerləşə bilən kompozit materiallardan həcmli obyektlərin yaradılması prosesinin icad olunması ilə başlayıb. Bu texnologiya stereolitoqrafiya adlanırdı. Daha sonra, müxtəlif materiallardan üçölçülü modellərin meydana gəlməsi öyrənildi, 3D çapın digər üsulları ortaya çıxdı, əsasən sənaye və yüksək ixtisaslaşmış istehsalda istifadə edildi və bunların hamısı prototiplənmə adlanırdı. Üçölçülü çapetmə fiziki əsasına görə adi çapetməyə (plotter üsulu) bənzədiyindən üçölçülü çapetmə – 3D Çap adlanır.

 

Bəzi tətbiq sahələri :

 

• Tibbdə - 3D printerlərin tibbdə tətbiqi insan həyatını xilas etməyə kömək edir. Belə printerlər uğurlu əməliyyatın təmin edilməsi üçün insanın skeletinin tam surətini yarada bilir. 3D çap protez və stomatologiya sahəsində daha geniş istifadə olunur. Tibbi üç ölçülü modellər canlı hüceyrələr də daxil olmaqla müxtəlif materiallardan hazırlana bilir.

 

• Zərgərlikdə - Məlumdur ki, zərgərlik istehsalında ən çox vaxt itkisinə səbəb olan və böyük bir sərmayə tələb edən prosedur qəliblərin yaradılmasıdır. 3D printerlərin meydana gəlməsi ilə, zərgərlər daha əvvəl xüsusi bir proqramda hazırlanan zərgərlik modellərinin qəliblərini sürətlə artırma imkanına sahib oldular.

 

• Tekstildə - 3D texnologiyalı printerlər tədricən geyim istehsalı sahəsində də istifadə olunmağa başladı, ilk növbədə cansız moda manekenləri yaradıldı. Daha sonra 3D çap texnologiyasının köməyi ilə bir neçə fərqli materialdan istifadə edərək geyimin bir hissəsi hazırlanmağa başlandı.

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb