Sürətli texnoloji dəyişiklik və rəqəmsallaşma ilə əlaqəli olan Dördüncü Sənaye İnqilabı artıq qlobal ticarətə öz təsirini göstərmişdir. Xidmətlərin rəqəmsal formada ticarəti qlobal iqtisadiyyatın ən dinamik sektorlarından biri hesab olunur və COVID-19 Pandemiyası dönəmində və daha sonra bərpa prosesində rəqəmsal ödənişlərin və transsərhəd məlumat axınlarının önəmi xeyli artmışdır. Bununla belə sürətli texnoloji inkişafa baxmayaraq, rəqəmsal ticarətə qlobal maneələr mövcud olmaqda davam edir. Bunlara istifadəsi artıq aktual olmayan qaydalar və qanunların hələ də qüvvədə olması, eləcə də qlobal rəqəmsal idarəetmə üzrə beynəlxalq əməkdaşlıq çərçivələrinin müəyyənləşdirilməməsi daxildir.
Bununla əlaqədar rəqəmsal ticarətlə bağlı çətinlikləri idarə etmək, fürsətlərdən yararlanmaq, eləcə də rəqəmsal ticarətlə bağlı qlobal, regional və sənaye gündəmlərini formalaşdırmaq üçün Dünya İqtisadi Forumu və onun 4Sİ şəbəkəsi Mərkəzləri cəmiyyətin ən qabaqcıl siyasi, biznes, mədəni və digər liderlərini bu Platforma çərçivəsində əməkdaşlığa cəlb edir.