Ümumi məlumat


Dördüncü sənaye inqilabı əşyaların interneti və kiberfiziki sistemlər kimi müasir avtomatlaşdırma və istehsal texnologiyalarının inkişafı ilə ehtiva olunur. Bəs Sənaye İnqilabları hansılardır ?

 

Birinci Sənaye İnqilabı 18-ci əsrin ikinci yarısında buxar gücü ilə işləyən maşınların ixtirası və istehsal prosesinə inteqrasiyası ilə təzahür edib. İkinci Sənaye İnqilabı isə 19-cu əsrin sonu başlayıb, 20-ci əsrin əvvəllərinə qədər davam edən kütləvi istehsala keçid, üçüncü Sənaye İnqilabı, hansı ki, eyni zamanda Rəqəmsal İnqilab kimi də tanınır, 20-ci əsrin son rübündə elektron texnologiyadan rəqəmsal elektronikaya keçid və internetdən, fərdi kompyuterlərdən, smartfonlardan geniş istifadəyə başlanılması ilə əlaqədardır. Dördüncü Sənaye İnqilabı birinci, ikinci və üçüncü sənaye inqilabları ilə mütənasib olan texnoloji irəliləyişlər sayəsində insan inkişafında yeni bir fəsildir. Dördüncü Sənaye İnqilabını digər sənaye inqilablarından ən çox fərqləndirən məqam insan müdaxiləsinə ehtiyac duymadan, özü düşünə bilən, problemləri təsbit və təhlil edə bilən sistemlərin yaradılması və inteqrasiyasıdır. Dördüncü Sənaye İnqilabının modern dünyamız üçün saysız-hesabsız faydaları vardır. 4Sİ texnologiyalarının köməyi ilə sistemlərin monitorinqi və diaqnostikası asanlaşdırıla, daha yüksək məhsuldarlıq təmin edilə, istehsal xərcləri azaldıla və hətta yeni biznes və xidmət modelləri inkişaf etdirilə bilər.

 

Dördüncü Sənaye İnqilabı Texnologiyaları aşağıdakı tərkib hissələrdən ibarətdir :

 

· Süni İntellekt

· Maşın öyrənməsi

· Əşyaların İnterneti

· Böyük Verilənlər

· Blokçeyn

· Robotlar

· Dronlar

· Virtual və genişlənmiş reallıq

· 3D Çap

· Bulud texnologiyası

· 5G şəbəkə

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb