İcraçı direktorun vəzifələrini icra edən
1986-cı ildə anadan olub.
2004-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr təhsili alıb.
2008-2010-cu illərdə Böyük Britaniyanən “Webster Graduate School” məktəbinin Biznesin idarə edilməsi (MBA) üzrə magistr təhsili alıb.
2012-2014-cü illərdə Corc Vaşinqton Universitetinin Layihələrin idarə edilməsi ixtisası üzrə magistr təhsilini alıb.
2019-2020 -ci illərdə Dyuk Universitetinin Fuqua Biznes məktəbinin Adaptiv Strateji İdarəetmə sahəsində magistr təhsili alıb.
2021-2022-ci illərdə Madrid və Milan politexnik universitetlərində “Dövlət xidmətlərində süni intellektin tətbiqi” üzrə ikili magistr dərəcəsi alıb.
2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib.
2010-2011-ci illərdə Bakı Biznes Məktəbində Analitika departamentinin rəhbəri vəzifəsində çalışıb.
2011-2013-cü illərdə Mərkəzi Bankda Strateji İdarəetmə şöbəsində kiçik mütəxəssis və mütəxəssis vəzifələrində çalışıb.
2013-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN xidmət) Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin direktor müavini vəzifəsində çalışıb.
2017-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
2018-2023-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb.
10 aprel 2023-cü il tarixindən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini vəzifəsində çalışır və 01 iyun 2023-cü il tarixindən 4SİM-in icraçı direktoru vəzifəsini icra edir.
Ailəlidir, 3 övladı var.