Əməkdaşlıq platformaları


Əşyaların İnterneti və Şəhər Transformasiyası

Şəhərlər qlobal iqtisadiyyatın təməl daşıdır və daima artan dünya əhalisinin əksəriyyətinin yaşadığı ərazilər hesab olunur. COVID-19 Pandemiyasından iqlim dəyişikliyinə qədər, qlobal problemlər artdıqca ən çox sıxlıqların qeydə alındığı şəhərlər əsas diqqət mərkəzinə çevrilmişdir. Şəhərlərin hazırkı və gələcək böhranlara tab gətirə bilmə bacarığı bizim iqtisadi gələcəyimizi və milyardlarla insanın yaşayış səviyyələrini müəyyənləşdirəcək.

 

Gələcəyə daha hazır və dayanıqlı şəhərlər üçün zəmin yaratmaq, qlobal biznes liderləri və digər maraqlı tərəflər üçün əməkdaşlıq çərçivələri yaratmaq, eləcə də şəhərlərə və şəhər iqtisadiyyatlarına dəstək verilməsi məqsədilə Dünya İqtisadi Forumu Əşyaların interneti və Şəhər transformasiyası platformasını yaratmışdır.

 

Bu istiqamətdə dünya iqtisadi dəyişikliklərin daha dayanıqlı olması və hər kəs üçün firavan gələcəyin təmin edilməsi məqsədilə 100-dən çox qlobal tərəfdaşla işləyir.

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb