Bu əməkdaşlığın əsas mahiyyəti, maşın öyrənməsi və süni intellektin faydalarını artıran həllərin layihələndirilməsi, test edilməsi və tətbiq edilməsi üçün dövlət və özəl sektorun bir araya gətirilməsidir.
Süni intellekt (AI) Dördüncü Sənaye İnqilabının əsas hərəkətverici qüvvəsidir. Onun təsirini evlərdə, bizneslərdə, məktəblərdə və hətta ictimai yerlərdə görmək olar. Bu texnologiya iqtisadiyyatın bütün sahələrində, eləcə də ictimai, siyasi və mədəni sahələrdə səmərəliliyə şərait yarada bilər.