Dördüncü Sənaye İnqilabı sahəsində hansı işlər görülüb?

06 sentyabr 2023

“2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb”.

 

Bunu Azərbaycan Respublikası Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən TNS-in sorğusuna cavab olaraq bildiriblər.

 

Qeyd olunub ki, dövlət başçısının 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) publik hüquqi şəxsi yaradılıb. Fərmana əsasən, 4SİM Azərbaycan Respublikası ilə Dördüncü

 

Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.

 

“Mərkəz təsis edildiyi ilk gündən Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edib. Hazırda Dünya İqtisadi Forumu ilə 3 platforma üzrə əməkdaşlıq edirik. Bu platformalar çərçivəsində “Süni intellekt və maşın öyrənməsi”, “Əşyaların interneti və şəhər transformasiyası” və “Rəqəmsal ticarət” üzrə ölkəmizdə layihələrin icrasını və koordinasiyasını həyata keçiririk”, - qurumdan əlavə ediblər.

 

Mərkəzdən deyiblər ki, Dördüncü Sənaye İnqilabında elektronlaşma, rəqəmsallaşma, elmi-texniki tərrəqidə sürətli inkişafın təmin olunması, nailiyətlər əldə olunması və ölkəmizin bu sahədə mövqeyini yüksəltmək üçün bir sıra tədbirlər həyata keçirilir: “Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” xüsusilə bu sahənin gələcək inkişafı üçün vacib tədbirləri özündə ehtiva edib. Bu tədbirlər planında İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu aşağıda qeyd olunan tədbirlərdən beşinin əsas icraçısı kimi 4SİM müəyyənləşib:

 

1.    Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi;

 

2.    Rəqəmsal iqtisadiyyatın inkişafı üçün tənzimləyici mexanizminin yaradılması;

 

3.    Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarının tədqiq olunması;

 

4.    Xarici istedadların ölkəyə cəlbi üçün mexanizmlərin (sadələşdirilmiş viza rejiminin və s.) yaradılması;

 

5.    “Elm-sənaye klasteri 4.0”-ın formalaşdırılması.

 

Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi üzrə işlərin aparılması üçün “Rəqəmsal İqtisadiyyat Strategiyasının hazırlanması üzrə İşçi qrupu” yaradılıb, Strategiyanın hazırlanması prosesi davam etdirilməkdədir”.

 

 

4-3

 

Bildirilib ki, strategiyanın hazırlanması prosesində dövlət və özəl sektor nümayəndələri ilə mütəmadi görüşlər keçirilib, ölkədə bu sahə üzrə cari vəziyyət ətraflı təhlil edilib, qlobal təcrübə öyrənilib.

 

“Rəqəmsal iqtisadiyyatın inkişafı üçün tənzimləyici mexanizminin yaradılması” istiqamətində 4SİM ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkələri ilə əməkdaşlıqlara başlanılıb: “Dünya İqtisadi Forumunun Qazaxıstandakı Afiləedilmiş Mərkəzinə ev sahibliyi edən "Tech Hub Limited" müəssisəsi ilə Anlaşma Memorandumu imzalanıb, Tatarıstanın İnnopolis Texnoparkının nümayəndələri ilə mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, görüşlər keçirilib.

 

Bundan əlavə, Azərbaycanda hüquq sahəsində startap ekosisteminin inkişaf etdirilməsi, gənclərə biznes ideyalarını həyata keçirməkdə dəstək verilməsi, eləcə də ölkə miqyasında innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi proseslərinə töhfə verilməsi məqsədilə aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları (QHT), özəl sektor, eləcə də təhsil müəssisələrinin nümayəndələrindən ibarət “LegalTech” təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupunun fəaliyyəti həmçinin hüquq sahəsində innovasiyaların və 4Sİ texnologiyalarının tətbiqinin təşviqi, eləcə də maraqlı tərəflər arasında genişmiqyaslı əməkdaşlıq platformasının təsis olunmasını əhatə edir.

 

Bununla yanaşı, 4SİM tərəfindən şirkət və müəssisələrin yeni biznes modelləri və innovativ həllər tətbiq etməklə istehsal proseslərinin avtomatlaşdırılmasına, təkmilləşdirilməsinə və optimallaşdırılmasına nail olması məqsədilə  tədbir və təşəbbüslər həyata keçirilir.

 

Müsbət töhfələr sırasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsi metodunun bir sıra dövlət qurumları və özəl müəssisələrdə həyata keçirilməsini qeyd edə bilərik. SIRI qiymətləndirilməsi çərçivəsində müəssisələrin əsas keyfiyyət göstəriciləri  dəyərləndirilir, diqqət tələb edən sahələr müəyyənləşdirilir və müəssisələr üçün rəqəmsal inkişaf xəritəsi hazırlanır. Bu sahələrdəki təkmilləşdirmələr nəticəsində müəssisələrin səmərəlilik əmsalı nəzərəçarpan dərəcədə artır.

 

2023-cü ilin birinci yarımilliyində sözügedən qiymətləndirmə “SOCAR Polymer” şirkətində, eləcə də “Azergold” QSC-də həyata keçirilib. Növbəti mərhələdə aparılan qiymətləndirmənin nəticəsi olaraq hər iki müəssisədə gələcək 2-3 il üçün fəaliyyət planı və yol xəritəsinin müəyyənləşdirilməsi və icrasına başlanılması nəzərdə tutulur.

 

Bundan əlavə, gələcək əmək bazarında rəqəmsal tranformasiya və digər əlaqəli sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün 4SİM gənclərin maarifləndirilməsinə də önəm verir. Bu məqsədlə 4SİM tərəfindən bir neçə layihə həyata keçirilməkdədir.

 

İKT sahəsinin inkişafının dəstəklənməsi, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsi məqsədilə  “IT Hubs: Azərbaycanın informasiya və kommunikasiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi” adlı layihəyə başlanılmışdır. Layihə Azərbaycan Respublikası Hökuməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında AYİB-Azərbaycan Əməkdaşlıq Hesabı çərçivəsində maliyyələşdirilir. 9 ay müddətində davam edəcək layihə çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərindən olan namizədlər üçün “QA mühəndislik”, “FrontEnd”, “Java” və digər ixtisaslar üzrə ödənişsiz onlayn təlimlərin keçirilməsi və təlimləri müvəffəqiyyətlə tamamlayacaq şəxslərin beynəlxalq texnologiya şirkətləri tərəfindən Azərbaycanda qalmaqla işə götürülməsi nəzərdə tutulub”.

 

Qeyd olunub ki, bundan əlavə, 4SİM  Elm və Təhsil Nazirliyi və ABŞ-ın “Coursera” şirkəti ilə birlikdə “4Sİ Akademiyası” layihəsini reallaşdırır".

 

“Hazırda qeydiyyat mərhələsi icra edilən layihə çərçivəsində minlərlə gəncimiz “Coursera”nın rəqəmsallaşma və rəqəmsal tranformasiya, onların inkişaf və tətbiq sahələrinin genişləndirilməsi və s. istiqamətlər üzrə təlim kurslarına pulsuz qatılmaq imkanı əldə edəcəklər”, - qurumdan bildirilib.

 

Mənbə: tns.az ►

Digər xəbərlər

Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət

Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycan xalqının və dövlətinin inkişafında və qüdrətlənməsində tarixi nailiyyətlərin əldə olunmasını təmin edib

Xəbərə bax

“4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

“4Sİ Akademiyası” layihəsi ilə bağlı brifinq keçirilib

Xəbərə bax

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb