Son illərdə texnologiya və idarəetmə sistemlərinin təkamülü nəticəsində pilotsuz uçuş aparatlarına (dronlara) tələbat artmışdır. Hazırda dünya miqyasında kənd təssərüfatı, səhiyyə, təhsil, media, tikinti, ekologiya, idman və s. sahələrdə bu aparatlardan geniş istifadə olunur.
Pilotsuz uçuş aparatlarının vəzifələrindən biri insanlar üçün təhlükəli sayıla biləcək missiyaları yerinə yetirməkdir. İlk dəfə məsafədən radiodalğalarla idarə olunan gəmi modelinin 1898-ci ildə nümayiş etdirilməsi, 1933-ci ildə isə Böyük Britaniyada “Queen Bee” tərəfindən pilotsuz uçuş aparatlarından istifadə olunması bu sahədə ilk tətbiqlər olaraq göstərilə bilər.
Dronlar müdafiə sənayesində və mülki sahədə geniş tətbiq olunur və əsasən kəşfiyyat zamanı, təbii fəlakət qurbanları və qaçaq cinayətkarların axtarışı, həmçinin yol qəzaları və ya tıxacların fotoçəkilişi və digər bu kimi hallarda istifadə edilir.