Virtual və genişlənmiş reallıq modern dünyamızda çox geniş istifadəçi kütləsinə xidmət edən ən son texnoloji innovasiyalardan biridir. Virtual reallıq bizə görüntünü iki ölçülü ekranlardan qəbul etmək əvəzinə üç ölçülü virtual dünyadan almağa imkan verən süni intellekt əsaslı texnologiyadır. Genişlənmiş reallıq isə bizə cihazların obyektləri tanıma xüsusiyyətlərindən istifadə edərək virtual aləmdə baş verən hadisələri real aləmə inteqrasiya etməyə yardımçı olur.
Virtual reallıq həqiqətən insana fərqli bir dünyada olduğunu hiss etdirir. Bu texnologiyadan istifadə edərkən qrafika, səs və hekayə vasitəsilə unikal bir təcrübə əldə edə bilirik. Bu texnologiya 2010-cu ildən etibarən sürətlə inkişaf edir.
Virtual reallığın bəzi tətbiq sahələri :
• Turizm:
Təsəvvür edin ki, tətil üçün gedəcəyiniz otelin şəkillərinə baxmaq əvəzinə olduğumuz yerdə virtual gerçəklik mühitində otelləri araşdıra bilərsiniz. Tam 360 dərəcəlik çərçivədə otelləri görə və gəzə bilərsiniz.
• Səhiyyə:
Virtual gerçəklik texnologiyası hazırda səhiyyə sahəsi tərəfindən mənimsənilib. Həkimlərə əməliyyat prosedurlarını görüntüləməyə kömək etmək, stresslə əlaqəli sindromları və tibbi təhsil təcrübələrini yaxşılaşdırmaq üçün istifadə olunur.
ABŞ - da bir həkim virtual reallıq texnologiyasından istifadə edərək körpənin həyatını xilas edib. Körpəyə açıq ürək əməliyyatı etməli olan həkimlər körpənin ürəyinin hər bucağını virtual reallıq eynəyi vasitəsilə görüntülərdə görə biliblər. Bununla da bu texnologiya insan həyatını xilas edə biləcək qədər önəmli texnologiya olduğunu təsdiq edib.