4Sİ texnologiyaları


Böyük Verilənlər

Böyük Verilənlər (Big Data) sözü 1990-cı illərdən başlayaraq istifadə edilməyə başlanmışdır. Bu söz ötən əsrdə çox az işlənirdi. Lakin, son zamanlarda Böyük Verilənlər (Big Data-dan) o qədər çox istifadə olunur ki, dövrümüzü “Data Dövrü”- də adlandırırlar. Burada verilənlər təhlil edilir və təsnif edilir, mənalı və işlənən hala gətirilir. Bəs bu verilənlər necə toplanılır? Sosial medialardan, internet səhifələrindən “Selenium” və ya bu kimi digər metodlar vasitəsi ilə verilənlər mənbələrdən toplanılır və verilənlər bazasına yerləşdirilir. Verilənlər bazasında yerləşən iri həcmli məlumatlar müxtəlif proqramlar vasitəsi ilə idarə oluna bilər. Bu proqramlara Apache Spark, Apache Kafka, Apache Hive, Apache Flume, Apache Oozie və digərləri nümunə kimi göstərilə bilər. Bəs Böyük Verilənlərin bəzi faydaları?

 

• Müştəri məlumatlarının saxlanılması:

 

Milyonlarla müştərinin adı, soyadı, elektron poçt ünvanları, yaşayış ünvanları və s. kimi məlumatların verilənlər bazalarında saxlanılması, müştərilər üzərində filtrləmə əməliyyatların icra edilməsi, müştərilərin hər birinə eyni anda məlumatların göndərilməsi kimi imkanları bu texnologiyanın faydalarına nümunə kimi göstərilə bilər.

 

• Potensial risklərin müəyyənləşdirilməsi:

 

Müəssisələr yüksək riskli mühitlərdə fəaliyyət göstərirlər və bu səbəbdən iş proseslərində yarana bilən problemlərin effektiv həlli  üçün risklərin idarə edilməsinin optimal yollarını axtarırlar. Böyük verilənlər risklərin idarə edilməsi proseslərinin və strategiyalarının hazırlanmasında mühüm rol oynayır. Böyük verilənlər analitikası və alətləri gözlənilməz hadisələr və potensial təhlükələr üçün kompleks qərarları optimallaşdırmaqla risklərin dərhal azaldılmasına və ya idarə olunmasına şərait yarada bilir.

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb