Robotlar mexaniki sistemlərdən, idarəetmə sistemlərindən və kompüter alqoritmlərindən asılı olaraq ağıllı şəkildə hərəkət edən bilən maşınlardır. Robotların hazırlanmasında əsas maraq onlara insalar kimi düşünmək və hərəkət etmək və hətta insanlar üçün çox çətin olan prosesləri yerinə yetirmək bacarığını aşılamaqdır. Günümüzdə robotların xidmətindən səhiyyə, müdafiə, təhsil, sənaye kimi bir çox sahələrdə geniş istifadə olunur.
Yerinə yetirdikləri vəzifələrə görə robotların növləri:
• Əməkdaşlıq Robotları
Ən geniş yayılmış robotlardan biri Əməkdaşlıq Robotlarıdır. Bunlara nümunə olaraq “Fetch Robotics”, “Otto Motors” və “GreyOrange” şirkətlərinin istehsal etdiyi robotları göstərə bilərik. Bu proqramlaşdırıla bilən robotlar yerləşdirmə, toplama, sayma, doldurma və çeşidləmə proqramlarında işləmək üçün qurulub.
• Avtomatik idarə olunan nəqliyyat vasitələri
Bunlara, ən çox yayılmış Forkliftləri misal göstərə bilərik. Öz özünü idarə edən Forkliftlərin əsas istehsalçılarından biri “Linde Material Handling” şirkətidir. Onlar yükdaşıma prosesləri zamanı əlavə dəyər tələb edən, təkrarlanan və daha uzun məsafələri əhatə edən əməliyyatlar üçün çox uyğundur. Linde-nin avtomatlaşdırılmış forkliftlərində naviqasiya lazeri, ön və arxa skanerlər, 3D kamera və insan işçilərin yaxınlığındakı anbar ətrafında təhlükəsiz hərəkət etməyə imkan verən vizual xəbərdarlıq göstəriciləri vardır.