4Sİ texnologiyaları


Süni İntellekt

Süni intellekt texnika və texnologiyaların insanları təqlid etməsinə imkan verən sahədir. Başqa sözlə ifadə etsək Süni intellekti insanların hərəkətlərini öyrənmək və təqlid etmək üçün tələb olunan təbii zəkanın proqramlaşdırılmış maşınlarda simulyasiyası kimi də fikirləşmək olar. Bu zəkaya sahib maşınlar təcrübə ilə öyrənə bilir və tapşırıqları insana bənzər şəkildə yerinə yetirməyi bacarır.

 

Süni intellekti təyin edən təriflər zamanla dəyişir, amma əsas məğz olan insan kimi düşünən maşınlar ideyası dəyişməz olaraq qalır. Süni intellektin son illərdə qlobal inkişafı süni intellektin tətbiq sahələrini daha da genişləndirib.  Bu sahələrə nümunə olaraq, təhsil, səhiyyə, kənd təsərrüfatı, o cümlədən müdafiə sənayesi, təhlükəsizlik və s. göstərmək olar.

 

Bəs süni intellektin tətbiqlərinin məqsədi nədir?

 

Süni intellektin tətbiqlərinin əsas məqsədi insanlar tərəfindən görülə bilməyən, görülməsi çətin və ya çox vaxt aparan işlərin avtomatlaşdırılmasıdır.

 

Bu tip tətbiqlər maşın öyrənməsi, dərin öyrənmə alqoritmləri əsasında hazırlanır.

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb