Bulud texnologiyası şirkətlərə böyük həcmdə məlumatı saxlamaq və real vaxt rejimində emal etmək imkanı verən texnologiyadır.
Amazon, Google və Microsoft kimi bulud xidməti təminatçıları şirkətlərə bütün mühüm İT infrastrukturunu təşkilatın daxili sistemlərində deyil də, öz buludlarında yerləşdirməyə imkan verir. Nəticədə fərdi sistemlərin, proqram təminatının və məlumatların saxlanılması üçün əlavə xərcləri azaldır. Əlavə olaraq kameralar, skanerlər, əl terminalları və ya sensorlar tərəfindən toplanmış milyonlarla məlumatın bulud texnologiyasında yerləşdirilməsi mümkündür. Bulud texnologiyasının əsas üstün cəhətləri :
1) Çeviklik
2) Elastiklik
3) Xərclərin optimizasiyası
4) Məlumatların saniyələr içində paylaşıla bilməsi