Birinci həftənin nəticələrinə əsasən Milli Proqram istifadəçilərinin müraciət etdiyi TOP3 kurs belədir:
1. AI for Everyone - 273 nəfər
2. Introduction to AI - 199 nəfər
3. Foundations of Project Management - 188 nəfər
"Coursera" platformasında 275 nüfuzlu universitet və onlarla aparıcı texnologiya şirkətinin peşəkar kurslarından yararlana bilərsiniz.
“Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (#4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (Təhsilin İnkişafı Fondu) və Coursera şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində icra olunur. Proqramın məqsədi rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və rəqabətli insan kapitalının inkişafına dəstək verməkdir. “#SOCAR”, “#PashaHolding”, “#bp” və “#JOCAP” şirkətləri bu proqramın əsas tərəfdaşlarıdır.