Dördüncü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

20 oktyabr 2022

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndələri Özbəkistanın Daşkənd şəhərində keçirilən “Dayanıqlı İnkişaf üçün Yaşıl İnnovasiyalar” mövzusunda İllik İnnovativ İdeyalar Beynəlxalq Həftəsi (“InnoWeek 2022”) çərçivəsində keçirilən tədbirlərdə iştirak edib.

 

“InnoWeek 2022” həftəsi çərçivəsində 4SİM ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi tabeliyində İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi üzrə Milli Ofis arasında ikitərəfli görüş keçirilib və rəqəmsal iqtisadiyyat, 4Sİ texnologiyaları və innovasiyalar sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Görüş çərçivəsində 4SİM və İnnovasiyaların Tətbiqi və Texnologiyaların Transferi üzrə Milli Ofis arasında ikitərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə tərəflər arasında rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyaları üzrə təcrübə mübadiləsinin və birgə tədqiqatların aparılması,  təlim və tədbirlərin təşkili, innovativ platformaların hazırlanması üzrə birgə təşəbbüs və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb