Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi təqdim olunub

26 yanvar 2023

Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi Dördüncü Sənaye İnqilabınınTəhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması arasında əməkdaşlığı çərçivəsində tərtib edilib və Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupunun 25 yanvar tarixində keçirilən növbəti iclasında müzakirə olunub.

 

Aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və "Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

 

Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

 

Qeyd: İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb