4SİM və “İteca Caspian” arasında imzalanmış memorandumda 4Sİ texnologiyalarının təşviqi məqsədilə birgə təşəbbüslərin və maariflədirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə "Iteca Caspian" arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, 4Sİ texnologiyalarının tətbiqinin genişləndirilməsi və inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin beynəlxalq və yerli texnoloji sərgilərdə iştirakının təşviq edilməsi və bu sahədə müvafiq birgə tədbirlərin görülməsi nəzərdə tutulub.
Memorandumu 4SİM tərəfindən icraçı direktorun vəzifələrini icra edən Fariz Cəfərov, "Iteca Caspian" tərəfindən isə icraçı direktor Fərid Məmmədov imzalayıb. İmzalanma 28-ci Bakı Enerji Forumu çərçivəsində baş tutub.