Dünya İqtisadi Forumun (DİF) “Yeni çempionların illik görüşü” tədbiri çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafına dair görülən işlər, layihələr və Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Mərkəzlərinin arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) rəhbərliyi 27-29 iyun 2023-cü il tarixlərində Çinin Tianjin şəhərində keçirilən Dünya İqtisadi Forumun (DİF) “Yeni çempionların illik görüşü” tədbirində iştirak edib.
“Yay Davosu” adlandırılan bu görüşün builki mövzusu "Sahibkarlıq: Qlobal İqtisadiyyatı İdarəetmə" olub və tədbirdə dünyanın 90 ölkəsindən 1500-dən çox rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib. Bununla yanaşı görüş çərçivəsində təşkil olunan sərgidə ən son texnologiyalar və dünyanın yüksək investisiya dəyərli startupları təqdim olunub.
Tədbir çərçivəsində həmçinin DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin 19 ölkədə fəaliyyət gostərən Mərkəzlərinin də ilk görüşü təşkil olunub.
Görüş zamanı Mərkəzlərin fəaliyyət istiqamətləri, rəqəmsal iqtisadiyyatın inkişafına dair görülən işlər, layihələr və Mərkəzlər arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd: Məlumat üçün bildiririk ki, 4SİM həmçinin Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycandakı Mərkəzinə ev sahibliyi edir. Mərkəz MDB məkanında DİF tərəfindən yaradılmış ilk mərkəz olub, ölkəmizdə 4Sİ texnologiyaları sahəsində layihələrin icrasını və koordinasiyasını həyata keçirir, eyni zamanda DİF tərəfindən irəli sürülən təşəbbüslərdə və tədbirlərdə iştirak edir.