Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının Rəqəmsal Transformasiya İşçi Qrupunun üzvləri arasında keçirilən görüşdə Dördüncü sənaye inqilabı (4Sİ) texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu mövzusunda müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) Rəqəmsal Transformasiya İşçi Qrupu arasında görüş keçirilib. Dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi istiqamətində keçirilən görüşdə ölkədə rəqəmsal iqtisadiyyat və 4Sİ texnologiyalarının tətbiqi mövzusunda müzakirələr aparılıb.
Rəqəmsal Transformasiya İşçi Qrupunun rəhbəri Orxan Quliyev rəqəmsal tranformasiyanın əsas tərkib hissələrindən biri olan rəqəmsal iqtisadiyyat sahəsinin dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
4SİM-in icraçı direktorunun vəzifəsini icra edən Fariz Cəfərov “Dördüncü sənaye inqilabı (4Sİ) texnologiyalarının rəqəmsal iqtisadiyyatda rolu” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına 4SİM-in fəaliyyəti, sosial-iqtisadi inkişaf strategiyaları istiqamətində görülən işlər, 4Sİ texnologiyalarının tətbiq imkanları və faydaları və rəqəmsallaşmanın dünya iqtisadiyyatının, o cümlədən Azərbaycan iqtisadiyyatının gələcək inkişafına təsirləri barədə qısa məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.