“Sənaye Sektorunda Rəqəmsallaşma” mövzusunda vebinar keçirilib

11 avqust 2023

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı  ilə keçirilən “Sənaye Sektorunda Rəqəmsallaşma” mövzusunda vebinarda rəqəmsal transformasiyaya dair təqdimatlar keçirilib və “Siemens Digital Industries Software” şirkətinin bu sahədə qabaqcıl təcrübəsi bölüşülüb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə “Sənaye Sektorunda Rəqəmsallaşma” mövzusunda vebinar keçirilib.

“ES Azərbaycan” və “Siemens Digital Industries Software” şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə  “Müasir Sənaye Maşınları: tendensiyalar və çağırışlar”, “Uğurlu nümunələr”, “Mühəndisliyin detalları”, “Lean Production” nədir?, “Comissioning” nədir?, “Avadanlıq və maşınlara texniki qulluq” mövzularında təqdimatlar keçirilib, “Siemens Digital Industries Software” şirkətinin rəqəmsal tranformasiya üzrə qabaqcıl təcrübəsi haqqında məlumat verilib.

50-dən çox sənaye sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirak etdiyi vebinar “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində  “Elm-sənaye klasteri 4.0”nin formalaşdırılması istiqamətində keçirilmiş və əsas məqsəd ölkəmizdə fəaliyyət göstərən müəssisələr ilə qlobal şirkətlərin rəqəmsal həllərinin, təcrübələrin paylaşılması və eyni zamanda yerli müəssisələrdə rəqəmsallaşma prosesinə töhfə verməkdir.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb