4SİM Ümumdünya İnvestisiyalar Forumunda iştirak edib

24 oktyabr 2023

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) nümayəndə heyəti 16-20 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Komissiyasının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Ümumdünya İnvestisiya Forumunda iştirak edib.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov “İnvestisiya texnologiyaları” adlı sessiyada çıxış edərək xarici investisiyaların ölkəyə cəlbində 4-cü sənaye inqilabı texnologiyalarının rolu, ölkəmizdə bu sahədə aparılan işlər, “Yeni Nəsil İqtisadiyyat Strategiyası”nda  nəzərdə tutulan təşəbbüslər və DİF ilə birgə başlanılan “Rəqəmsal xarici investisiyalar” adlı təşəbbüs haqqında məlumat verib.

 

Forum çərçivəsində Malayziyanın Rəqəmsal İqtisadiyyat Korporasiyasının baş Vitse-prezidenti Reymond Siva, DİF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə rəhbəri Sean Doherti və İnvestisiyalar siyasəti və təcrübə üzrə rəhbəri Metyu Stefenson, həmçinin Səudiyyə Ərəbistanın Rəqəmsal Əməkdaşlıq Təşkilatının, Koreya Respublikasının “Invest Korea” təşkilatı, BMT-nin  Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri arasında görüşlər keçirilib.

 

Qeyd: Ümumdünya İnvestisiyalar Forumu investisiya və innovativ inkişaf üçün qlobal platformadır və Forum qlobal investisiya və inkişaf çağırışları üçün strategiyalar və həll yolları hazırlayır. Forumda bu il 160 ölkədən  dövlət rəsmiləri, beynəlxalq təşkilatlar, aparıcı şirkətlərin və birjaların direktorları və investorlar daxil olmaqla 8000 iştirakçını bir araya gələrək investisiya sahəsində çağırışları müzakirə edib.

 

 

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb