“4-cü Sənaye İnqilabı Texnologiyalarının sənayedə tətbiqi” mövzusunda seminar keçirilib

25 oktyabr 2023

Seminarda 4-cü sənaye inqilabı texnologiyaları, onların tətbiq sahələri və tənzimlənməsi haqqında təqdimatlar keçirilib, sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

24 oktyabr tarixində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı ilə “4-cü Sənaye İnqilabı Texnologiyalarının sənayedə tətbiqi” mövzusunda seminar keçirilib.

 

Seminarda 4SİM-in Layihələrin idarə olunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə və Süni intellekt üzrə mütəxəssisi Ruslan Zeynalzadə tərəfindən 4SİM-in fəaliyyəti, cari layihələri, 4-cü sənaye inqilabı texnologiyaları (süni intellekt, əşyaların interneti, blokçeyn, virtual reallıq, 3D çap), onların tətbiq sahələri və tənzimlənməsi haqqında təqdimatlar keçirilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

XƏBƏRƏ BAXIN

Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb