Rəqəmsal xarici birbaşa investisiyalarla bağlı tədbir keçirilib

04 dekabr 2023

Azərbaycanda rəqəmsal iqtisadiyyata investisiya qoyuluşu edən yerli və xarici şirkətlərin nümayəndələrinin iştirak etdiyi vörkşop keçirilib.

 

Dekabrın 4-də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM Azərbaycan / C4IR Azerbaijan), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Dünya İqtisadi Forumu (World Economic Forum) ilə birgə dövlət sektoru, yerli və xarici şirkətlərin rəhbərlərinin iştirakı ilə vörkşop keçirilib.

 

“Rəqəmsal xarici birbaşa investisiyalar” mövzusunda keçirilən tədbirdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Azərbaycanda rəqəmsal iqtisadiyyata investisiya qoyuluşu edən yerli və xarici şirkətlərin fəaliyyəti barədə məlumat verib. Görüşün özəl sektordan daxil olan təkliflər əsasında rəqəmsallaşmanın inkişafına töhfə verəcəyini vurğulayıb.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev qeyri-neft sektorunun inkişafı üçün rəqəmsal iqtisadiyyata xarici birbaşa investisiyaların cəlb edilməsinin əhəmiyyətini vurğulayıb, rəqəmsal xarici birbaşa investisiyalara dair beynəlxalq təcrübənin araşdırılması istiqamətində AZPROMO-nun gördüyü işləri diqqətə çatdırıb.

 

DİF-in İnvestisiya və Xidmətlər üzrə rəhbəri doktor Metyu Stefenson Dünya İqtisadi Forumu ilə birgə işlənmiş rəqəmsal xarici birbaşa investisiyalara dair layihənin ilkin nəticələrinə dair təqdimatla çıxış edib.

 

Tədbirdə AZPROMO-nun İnvestisiya təşviqi departmanetinin baş mütəxəssisi Nərgiz Nəsirzadənin “Rəqəmsal birbaşa investisiyalar və InvestTech”, BMT-nin Asiya və Sakit Okean bölgəsi üçün İqtisadi və Sosial Komissiyasının mütəxəssisi Hizer Teylor-Straussun “İrəli yol: Fəaliyyətdə olan siyasət seçimləri” mövzusunda təqdimatları dinlənib.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb