“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər Courserada təlimlərə başlayıb

08 dekabr 2023

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər bu gündən Courserada 6 həftəlik təlimlərə başlayıb. Beləliklə layihə başlayan vaxtdan (15 sentyabr) bu günə kimi artıq 3000 nəfər ondan faydalana bilib.

 

“4Sİ Akademiyası” layihəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində “Coursera” onlayn tədris platforması üzərindən 4-cü sənaye inqilabı komponentləri olan süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur.

 

İndiyə kimi 7000 nəfərə yaxın insan platformadan istifadə etmək üçün qeydiyyatdan keçib. Onlardan 72% işləyən, 28%-i isə işləməyən insanlardır. Ən yaşlı müraciətçi 73 yaşı, ən kiçiyinin isə 9 yaşı var. Qeydiyyatdan keçənlərdən 188 nəfər şəhid ailəsinin üzvü, 116 isə nəfər qazidir. İştirakçıların gender tərkibinə gəlincə, onların 51%-ni qadınlar təşkil edir.

 

Müraciət edənlər arasında ən böyük təbəqə tələbələrdir (İqtisad Universiteti, BDU və ADNSU). Daha sonra bank və dövlət sektorunda çalışanlar gəlir.

 

“4Sİ Akademiyası” layihəsinin prioritet məqsədi ölkədə rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində 10 minə yaxın şəxsin 1 il ərzində ABŞ-nin qabaqcıl təhsil platforması olan “Coursera” üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi təlim proqramlarından faydalanması nəzərdə tutulub. Hazırda 129 milyon onlayn istifadəçisi olan “Coursera” platformasında 125 min nəfər Azərbaycan istifadəçisi var.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb