Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinin “Təsir hesabatı 2022-2023” dərc olunub

09 yanvar 2024

Davos Forumu ərəfəsində Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzlərinin ilk təsir hesabatı sənədi dərc olunub.

 

DİF-in beş qitədə mövcud olan 19 mərkəzindən biri də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir (4SİM).

 

Sənəddə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsli Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin Coursera şirkəti ilə rəqəmsal biliklərlə bağlı “4Sİ Akademiyası” layihəsi müsbət nümunə kimi qeyd olunub.

 

Hesabatda həmçinin 29 sentyabr 2023-cü il tarixində Bakıda keçirilən “Yeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar və imkanlar” kofransına da toxunularaq, tədbirin tərəfdaşlıq və icmaların inkişafında rolu vurğulanıb.

 

Təsir hesabatı sənədi ilə buradan tanış olmaq olar : http://4sim.gov.az/storage/files/multi_pdfaz/1161/659d228070759659d22807075c.pdf 

DİGƏR XƏBƏRLƏR

“Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib.

XƏBƏRƏ BAXIN

4SİM-in dəstəyi ilə ADA Universiteti DİF-in “Strateji İntellekt” platformasına qoşulub

XƏBƏRƏ BAXIN

© 2026. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb