Dayanıqlılıq və dünyanın inkişafı üçün bir həll üzərində işləyirsiniz? Həllinizi UpLink platformasında təqdim edin.
UpLink Dünya İqtisadi Forumunun açıq innovasiya platformasıdır və bu platformaya qoşularaq hər kəs dünyanın istənilən yerindən qlobal problemlərə öz həllərini təqdim edə bilir.
Həllinizi UpLink-də təqdim edərək, siz platformada mövcud olmaq və həllinizin sahəsinə uyğun gələn problemlər barədə vaxtında xəbərdar olmaq imkanı əldə edirsiniz.
UpLink minlərlə sahibkar, investor və ekspertlərdən ibarət qlobal ekosistemdir. Rəqabət mühitində fəaliyyət göstərən UpLink, ən yaxşı innovasiyaları müəyyən etmək üçün BMT-nin Davamlı İnkişaf Məqsədlərinə əsaslanan innovasiya problemlərinə fokuslanıb.
UpLink HANSI YENİLİKLƏRİ AXTARIR?
Növ: Dayanıqlı maliyyələşdirmə modeli olan kommersiya məqsədli startaplar və ya sosial müəssisələr.
Mərhələ: Əməliyyatlarının pilot və ya böyümə mərhələsinə çatmaq üçün ideya və prototipləşdirmədən kənara çıxan startaplar.
Əhatə dairəsi: Uzunmüddətli maliyyə dayanıqlılığına, təsirə və davamlılığa nail olmaq üçün vizyona malik startaplar.
NİYƏ HƏLLİNİZİ İNDİ TƏQDİM ETMƏYİNİZ MƏSLƏHƏTDİR?
UpLink platforması adətən 60 - 90 gün ərzində bir innovasiya çağırışı açır. Ola bilər ki, siz bu müddət ərzində məşğulsunuz və son tarixə qədər həllinizi təqdim etməyə vaxt tapmırsınız.
💼 Həllinizi İnnovasiya Portalında təqdim etməklə siz onun artıq sistemdə olunduğuna əmin ola bilər və vaxtı çatdıqda bununla bağlı çağırışa müraciət edə bilərsiniz!
🌐 İnnovativ həllinizi təqdim etdikdən sonra o, UpLink platformasında açıq şəkildə yerləşdiriləcək. Bu, UpLink-in axtarış və filtr funksiyası vasitəsilə öz həllinizi investorlara, ekspertlərə və digər maraqlı tərəflərə çatdırmaq üçün əlavə fürsət yaradır.
SONRAKI ADDIM NƏ OLACAQ?
📧 Təqdimatınızın qəbul edilməsi ilə bağlı e-poçt məktubu alacaqsınız.
📚 Təqdimatınız sistemdə saxlanacaq və həll yolu kimi İnnovasiya Portalı səhifəsində görünəcək.
📆 Həllinizə uyğun olan problem elan edilən zaman sizi xəbrdar edəcəklər.
Əgər istəsəniz təqdimatınızı asanlıqla redaktə edə bilərsiniz və bütün prosesi təkrar keçmədən onu müvafiq çağırışa yenidən təqdim edə bilərsiniz.
Təqdimatınız daha sonra ekspertlər qrupu tərəfindən nəzərdən keçiriləcək və əgər Ən Yaxşı İnnovator seçilsəniz, UpLink İnnovasiya Şəbəkəsinə qoşulmağa dəvət olunacaqsınız.
HƏLLƏRİN QƏBUL QRAFİKİ:
Siz istənilən vaxt UpLink İnnovasiya Portalına həllinizi təqdim edə bilərsiniz.
QEYDİYYAT LİNKİ :