İsveçrənin Davos şəhərində sayca 54-cü Dünya İqtisadi Forumunun illik toplantısı bu gün öz işinə başlayır. “Etimadın bərpası” devizi altında keçirilən forumun məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.
Bir həftə ərzində, toplantıda 100-dən çox hökumət və dövlət başçısı, aparıcı beynəlxalq təşkilatların rəhbərləri və Forumun 1000 tərəfdaş şirkəti, eləcə də vətəndaş cəmiyyətinin liderləri, qabaqcıl ekspertlər, gənc liderlər, sosial sahibkarlar və media təmsil olunacaq.
Forum dörd istiqamət üzrə təşkil olunub:
1. Parçalanmış Dünyada təhlükəsizlik və əməkdaşlığa nail olmaq
2. Yeni dövr üçün iqtisadi artım və yeni iş yerlərinin yaradılması
3. Süni İntellekt iqtisadiyyat və cəmiyyət üçün hərəkətverici qüvvə kimi
4. İqlim, təbiət və enerji üçün uzunmüddətli strategiya
Həftə ərzində sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr baş tutacaq.
Forumun proqramı və sessiyalara canlı baxmaq üçün buradan keçid edə bilərsiniz: https://www.weforum.org/events/world-economic-forum-annual-meeting-2024/programme