“4Sİ Akademiyası” layihəsi çərçivəsində daha 1000 nəfər “Coursera”da təlimlərə başlayır

19 yanvar 2024

“4Sİ Akademiyası” çərçivəsində daha 1000 nəfər “Coursera” beynəlxalq tədris platformasında 6 həftəlik təlimlərə başlayır. Layihədən indiyədək 4000 nəfər faydalanıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkətinin əməkdaşlığı ilə "4Sİ Akademiyası" layihəsi çərçivəsində daha 1000 nəfər üçün 6 həftəlik təlimlərə start verilib.

 

"Coursera" beynəlxalq tədris platformasında “4Sİ Akademiyası”nın iştirakçıları üçün süni intellekt, böyük verilənlər (Big Data), maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, həmçinin, liderlik, kommunikasiya və ingilis dili bacarıqları da daxil olmaqla, ümumilikdə 89 sub-kateqoriya üzrə 800-ə yaxın kurs təqdim olunur.

 

Layihə başlayandan 7000 nəfərə yaxın şəxs təlimlərdə iştirak üçün müraciət edib. Onlar 1 il ərzində mərhələli şəkildə “Coursera” platformasında seçdikləri təlim proqramlarından faydalanacaqlar.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb