4Sİ Akademiyasında yeni Rəqəmsal Nişan erası

08 fevral 2024

4Sİ Akademiyası layihəsi çərçivəsində yeniliyə start verilir! Layihə istifadəçiləri “Coursera” plaformasında təqdim olunan 8 müxtəlif istiqamət üzrə ən azı 2 kursu bitirdikdə Rəqəmsal Nişan ilə təmin olunacaqlar. Həmin 8 istiqamət aşağıdakılardır:

 

- Application and Web Development

- Süni İntellekt

- Big Data

- Cloud Computing

- Rəqəmsal Transformasiya

- İnkişaf etməkdə olan Texnologiyalar

- Generativ Süni İntellekt

- STEM

 

Rəqəmsal nişan istifadəçinin nailiyyətlərinin vizual təsviri kimi təqdim olunur və o, öz uğurlarını sosial media profillərində (Facebook, Linkedin və s.), CV-lərdə və digər peşəkar platformalarda paylaşmaq imkanı əldə edəcəkdir.

 

Coursera nişanları 4Sİ Akademiyası istifadəçilərinə öz bacarıq və biliklərini işəgötürənlərə, həmkarlarına və həmyaşıdlarına nümayiş etdirmək üçün bir imkan təqdim edir.

DİGƏR XƏBƏRLƏR

“Milli Proqram” Qlobal Texnologiya Forumunda təqdim olunub

XƏBƏRƏ BAXIN

4SİM San-Fransiskoda keçirilən GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb