4SİM ölkəmizi DİF-in “Global Collaboration Village” platformasında təmsil edir

22 fevral 2024

4SİM və Dünya İqtisadi Forumunun “Global Collaboration Village” platformasının nümayəndələri arasında görüş keçirilib. Görüşdə Azərbaycanın müvafiq dövlət və özəl sektorlarının iştirakı ilə fərqli sahələrdə (enerji, ətraf mühitin mühafizəsi, sənaye və s.) beynəlxalq səviyyədə virtual tədbirlərin təşkili, uğurlu təcrübələrin paylaşılması, eyni zamanda DİF-in Dördüncü Sənaye İnqilabı Mərkəzləri ilə birgə əməkdaşlığın gücləndirilməsi məqsədilə virtual görüşlərin təşkili kimi məsələlər müzakirə olunub.

 

“Global Collaboration Village” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş məqsədyönlü platformadır. “Village Accenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə partnyorluq edir.

DİGƏR XƏBƏRLƏR

"Sənaye 4.0 və əmək bazarının gələcəyi" mövzusunda tədbir keçirilib

XƏBƏRƏ BAXIN

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb