DİF-in “Global Collaboration Village” platformasında metaversdə virtual görüş keçirilib

09 aprel 2024

Aprelin 9-da 4SİM əməkdaşları Dünya İqtisadi Forumunun "#GlobalCollaborationVillage" şəbəkəsi ilə #metavers-də keçirilən görüşdə iştirak ediblər. Görüşdə mərkəz əməkdaşları 2 ssenari üzrə virtual məkana səyahət ediblər.



Birinci məkan "Climate Tipping Points Hub" olub. Bu Hub, qərar qəbul edənlərə iqlim dəyişikliyinin qütb bölgələrinə və qlobal ekosistemlərə gələcək təsirlərini vizuallaşdırmaq üçün dinamik məkan təklif edən, dataya əsaslanan immersiv mühitdir.



Digər virtual məkan isə "Stakeholder Campus" olub. Kampus "Global Collaboration Village" tərəfdaşlarına öz pavilyonları vasitəsilə fərqli innovativ ideyaları irəli sürməyə və qlobal problemləri həll etməyə imkan verir.



“Global Collaboration Village” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır. Layihə “Village Accenture” və “Microsoft” ilə birgə Dünya İqtisadi Forumunun təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə tərəfdaşlıq edir. Platformanın inkişafında əsas töhfə verən tərəflərdən biri də İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzidir.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb