Süni intelekt əsərlərinin yaradıcısı Refik Anadol ilə görüş

19 aprel 2024

Süni intellektdən istifadə edərək sənət əsərləri yaradan dünyaca tanınmış rəqəmsal media rəssamı Refik Anadol ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi ilə bağlı görüş keçirilib.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və COP29 Təşkilat Komitəsinin nümayəndələrinin iştirakı ilə tanınmış rəssam və yeni media dizayneri Refik Anadol ilə onlayn görüş baş tutub. Görüşdə Refik Anadolun müəllifi olduğu təbiətin süni intelekt vasitəsilə reproduksiyasına həsr olunmuş “Large Nature Model” layihəsinin təqdimatı və Azərbaycan təbiətinə dair kompozisiyaların hazırlanması imkanları müzakirə olunub. Qeyd olunub ki, bu layihənin hazırlanması üçün 4,5 milyard datadan istifadə olunub.

 

Tərəflər 4SİM-in həyata keçirəcəyi gələcək təşəbbüs və tədbirlərdə Refik Anadolun iştirakı, habelə Azəbaycanda süni intellekt sahəsində ortaq layihələrin icra edilməsi və müxtəlif tədqiqatların aparılması perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Bundan başqa, “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulmuş rəqəmsal əkiz və süni intellekt, eləcə də digər 4Sİ texnologiyaları sahəsində birgə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

 

Qeyd edək ki, Refik Anadol Kaliforniya Universitetinin (UCLA) süni intellekt üzrə professorudur. Bildirlib ki, 2024-cü ilin yanvar ayında İsveçrənin Davos-Klosters şəhərində 54-cü Davos Forumunun “Açılış Konserti” zamanı ənənəvi musiqi performansı onun yaratdığı vizual rəqəmsal kompozisiya ilə müşayiət olunub. O, həm də Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər Forumunun üzvlərindən biridir.

 

Refik Anadolun süni intellekt, Təbii Dilin Emalı (NLP), maşın öyrənməsi və s. qabaqcıl texnoloji həllərə və data əsaslı alqoritmlərə əsaslanaraq ərsəyə gətirdiyi layihə, kompozisiya və əsərlərinin sayı 50-dən çoxdur. Bugünədək o, Dünya İqtisadi Forumu, Google, NVIDIA, Microsoft, NASA, Intel, IBM, Siemens, Epson, MIT, UCLA, Harvard və Stanford universiteti kimi qabaqcıl təşkilatlar, təhsil müəssisələri və texnoloji şirkətlərlə əməkdaşlıq edib.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb