AzMİU-da 4SİM-in iştirakı ilə yerli və xarici mütəxəssislərlə dəyirmi masa keçirilib

24 aprel 2024

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə həyata keçirilən Pilot tədris həftəsi çərçivəsində "Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi" modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunan görüş keçirilib.

 

Dəyirmi masa “Avropa uğur hekayələrindən öyrənmək - universitet və sənaye əməkdaşlığı” istiqamətini əsas götürərək xarici təcrübəni Azərbaycanın təhsil sisteminə tətbiqini hədəfləyir. Eyni zamanda, “Azərbaycan Respublikasının 2022/2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “3.2.2.4. Elm-sənaye klasteri 4.0”-nin formalaşdırılması" tapşırığının icrasına xidmət edir. İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) bu tapşırıq üzrə əsas icraçı olduğunu nəzərə alaraq, koordinasiyanın aparılması təmin olunur.

 

Görüşdə Belçika Löven Katolik Universitetinin mütəxəssisi Peter Arras və Ukraynanın Zaporoje Politexnik Milli Universitetinin professoru Qalina Tabunşik və digər xarici mütəxəssislər tərəfindən universitetlər və bizneslər arasında əməkdaşlığı gücləndirmək üçün innovativ yollar təklif olunub.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin müdiri Əzizə Vidadi cari təşəbbüslər, təhsil müəssisələri ilə tərəfdaşlıqlar və gələcək hədəflər daxil olmaqla, Azərbaycanda Sənaye 4.0-ın təşviqində 4SİM-in fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib.

 

Görüşdə müzakirə olunan əsas məqamların xülasəsi, universitetlər və biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi müəyyənləşdirilib. Universitet və sənaye müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsi üçün növbəti addımlar qeyd olunub.

 

Məlumat üçün qeyd edək ki, layihənin məqsədi Work 4.0 konsepsiyalarının təhsilə inteqrasiyasında Avropa universitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyaların Azərbaycan universitetlərinə tədris olunan fənlərarası yanaşmalara və sənaye əməkdaşlığına diqqət yetirməklə daxil edilməsi üçün praktiki strategiyalar üzərində müzakirələr aparmaqdır.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb