“4Sİ Müzakirə Platforması”nın ilk görüşü baş tutub

25 aprel 2024

4SİM-in təşəbbüsü ilə yaradılan “4Sİ Müzakirə Platforması”nda süni intellekt, əşyaların interneti və enerji texnologiyaları üzrə sahəvi icmaların ilk toplantısı keçirilib.

 

Aprelin 24-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşəbbüsü ilə yaradılan dördüncü sənaye inqilabı texnologiyalarının sahəvi icmalarının “4Sİ Müzakirə Platforması” çərçivəsində ilk toplantısı baş tutub.

 

Özəl sektor və dövlət qurumlarında çalışan süni intellekt, əşyaların interneti və enerji texnologiyaları üzrə ekspertlərin qatıldığı görüşdə 4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti, icra etdiyi layihələr və əməkdaşlıq istiqamətləri barəsində məlumat verib. Daha sonra icma üzvlərinə “4Sİ Müzakirə Platforması”nın məqsədləri açıqlanıb.

 

Bildirlib ki, sahəvi icmaların yaradılmasında məqsəd dördüncü sənaye inqilabı texnologiyalarının inkişafı,  tətbiqi və təkmilləşməsində ortaq maraqlar ilə əlaqəli fərdlərin, ekspertlərin və bizneslərin bir araya toplanması, əməkdaşlıq, bilik və təcrübə mübadiləsini asanlaşdırmaqdır. Platformada təklif olunan nəticələr elmin və tədqiqatın inkişafı, 4Sİ sahəsində əlaqələndirmənin daha effektiv aparılması, eləcə də ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında və birgə ortaq layihələrin icra edilməsinə dəstək ola bilər.

 

İlk görüşdə iştirakçılar ətraf mühitin və yaşıllqıların məsafədən müşahidəsi ilə bağlı nəzarət, tullantıların ağıllı idarə olunması sisteminin yaradılması və süni intellekt texnologiyalarının hava çirklənməsinə qarşı istifadəsi üzrə müzakirələr aparıblar. İştirakçılar hər bir mövzu üzrə komanda şəklində çalışaraq təkliflər hazırlayıb və sonda təqdimatla çıxış ediblər.

 

Platformada təklif olunan ən yaxşı həllərin Yaşıl Dünya naminə Həmrəylik ili və COP29 çərçivəsində icra məqsədilə ekspertlərlə birgə layihələndirilməsi nəzərdə tutulur.

 

4SİM təşkilati dəstəyə görə İqtisad Universiteti və C’est Bon şirkətinə təşəkkür edir.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb