Qlobal əməkdaşlıq, İqtisadi artım və İnkişaf üçün Enerji üzrə Xüsusi Görüş

29 aprel 2024

Aprelin 28-29-da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Dünya İqtisadi Forumunun Qlobal Əməkdaşlıq, İqtisadi artım və İnkişaf üçün Enerji üzrə Xüsusi Toplantısı keçirlir.

 

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərovun da iştirak etdiyi tədbirə bütün sektorlardan 1000-dən çox qlobal liderlər qatılacaq. Xüsusi toplantı çərçivəsində əməkdaşlıq, inkişaf və enerji mövzularında 50 sessiya nəzərdə tutulub.

 

Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi və Baş Naziri Əlahəzrət Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səudun himayəsi altında keçiriləcək xüsusi toplantıda 60-dan çox ölkədən 220-dən çox ictimai xadim iştirak edəcək ( https://t.ly/WWVR- ).

 

İki gün davam edən tədbir 3 əsas mövzu ətrafında təşkil olunur: qlobal əməkdaşlığın canlandırılması, inklüziv inkişaf üçün saziş və inkişaf üçün enerji sahəsində fəaliyyətin canlandırılması. Tədbirin gündəliyi və sessiyaları canlı izləmək üçün linkdən keçid edə bilərsiniz: https://t.ly/TUN0m

DİGƏR XƏBƏRLƏR

Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

XƏBƏRƏ BAXIN

Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb