4SİM Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edir

01 may 2024

4SİM Azərbaycan 1-3 may tarixlərində Bakıda keçiriləcək “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edir.

 

Forum 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin (Baku Process) tərkib hissəsidir.

 

Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (#UNAOC), UNESCO, #ICESCO və Ümdünya Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilir.

 

Üç gün davam edəcək forumda iştirakçılar 12 panel müzakirəsi və 4 plenar iclasda iştirak edəcəklər. Müzakirə ediləcək mövzular arasında #təhsil, #gənclər, #iqlim dəyişikliyi, #süniintellekt, mədəni irsin qorunması, qeyri-qanuni miqrasiya və digər sahələr yer alacaq. 4SİM bu gün forumun "Süni İntellekt: mədəniyyət üçün fürsət yoxsa təhlükədir?" panelinin təşkilatçısıdır.

 

“Bakı Prosesi” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas platforma kimi tanınıb.

DİGƏR XƏBƏRLƏR

Dördüncü Sənaye İnqilabı Azərbaycan Mərkəzinin veb platforması istifadəyə verilib

XƏBƏRƏ BAXIN

Dünya İqtisadi Forumu “4Sİ Akademiyası” barədə video yayımlayıb

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb