Mədəniyyətlərarası Dialoq Forumunda Süni intellekt və yaradıcılıq müzakirə olunub

02 may 2024

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 4SİM-in təşkilati dəstəyi ilə baş tutan “Süni intellekt – mədəniyyət üçün fürsət yoxsa təhdid?” adlı panel sessiyasında süni intellektin mədəniyyət və yaradıcılıq sahələrinə təsiri müzakirə olunub.

 

UNESCO-nun Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos açılış nitqində bu paneli tədbirin ən mühüm mövzusu adlandırıb. O, iştirakçıları süni intellektin təhlükəsizliyi və gələcəkdə gətirə biləcək pozitiv və neqativ dəyişiklikləri düşünməyə çağırıb və texnologiyaların insanlara yalnız fayda verməsinə çalışmalı olduğunu qeyd edib.

 

İsraildən olan texnologiya və innovasiya üzrə mütəxəssis Tal Katranın moderatorluğu ilə keçirilən panel sessiyasında süni zəkanın digər sahələrdə olduğu kimi mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutduğu diqqətə çatdırılıb.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov çıxışında Azərbaycanda süni intellektlə bağlı qurum tərəfindən icra olunan layihələr barədə ətraflı məlumat verib.

 

Türkiyənin “Alegori Studio” şirkətinin kreativ direktoru Serdar Korkmaz süni intellektin insanların yaradıcılığına dəstəyi ilə bağlı öz düşüncələrini paylaşıb və cəmiyyətdə baş verən dəyişikliklərin qaçılmaz olduğunu deyib.

 

İspaniyanın “Domestic Data Streamers” şirkətinin direktoru Pau Garcia bildirib ki, süni intellekt barədə danışarkən həm onun effektiv faydası, həm də gətirəcəyi ziyan və təhlükə diqqət mərkəzində saxlanılmalıdır. Garcia süni intellektin mədəniyyətin əsas köməkçisinə çevrildiyini vurğulayıb.

 

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov süni intellektin hamımız üçün çağırış olduğunu qeyd edib. Süni zəka nəticəsində yeni sahələrin, yeni istiqamətlərin və yeni mədəniyyət nümunələrinin ortaya çıxdığını əlavə edib.

 

Panel sual-cavab sessiyası ilə davam edib.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb