Certiport şirkətinin regional direktoru ilə görüş baş tutub

22 may 2024

4SİM ilə Certiport şirkəti arasında mümkün əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

 

Mayın 21-də Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Böyük Britaniyanın Certiport şirkətinin Şərqi Avropa və MDB üzrə regional direktoru Arek Javorski və Certiport-un Azərbaycandakı tərəfdaşı Baku Design Academy şirkətinin direktoru Aysel Gülməmmədova ilə görüşüb.

 

Görüşdə 4SİM-in həyata keçirdiyi layihə və təşəbbüslər barədə məlumat verilib.

 

Bildirilib ki, Certiport şirkəti Pearson VUE şirkətinin alt şirkəti olaraq hərtərəfli sertifikatlaşdırma imtahanlarının hazırlanması və proqramların idarə edilməsi xidmətlərini təmin etməklə məşhurdur. Əsasən kompüter proqram təminatı və rəqəmsal savadlılıq bacarıqlarına yönəlmiş geniş çeşidli beynəlxalq sertifikatlar təklif edir.

DİGƏR XƏBƏRLƏR

“Baku ID” festivalı başa çatıb

XƏBƏRƏ BAXIN

“Baku ID” festivalında "Emissiyaların azaldılması üçün startapların artan rolu" paneli baş tutub

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb