4SİM Dünya İqtisadi Forumu ilə iqlim və enerji sahəsində birgə layihələr həyata keçirməyi planlaşdırır

23 may 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində Dünya İqtisadi Forumunun Avropa və Avrasiya regionu üçün hökumətlə əlaqələr üzrə icma rəhbəri Aleks Rot, İqlim məsələləi üzrə rəhbər Pedro Qomez və Strategiya və Proqram İdarəetməsi üzrə aparıcı mütəxəssis Haşendra Vijesina ilə görüş baş tutub.

 

4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun DİF ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihə və təşəbbüslər barədə məlumat verib.

 

Tərəflər COP29 çərçivəsində birgə tədbir, DİF-in “Technology Pioneers” platforması və “Unicorns” icması ilə sıx əməkdaşlıq, “Global Collaboration Village” metavers platformasında enerji və iqlim mövzusunda birgə simulyasiyaların təşkili ilə bağı məsələləri müzakirə ediblər.

--- ---

“Technology Pioneers” - biznesə və cəmiyyətə əhəmiyyətli təsir göstərməyə hazır olan yeni texnologiyalar və innovasiyaları layihələndirən və inkişaf etdirən ilkin mərhələdə olan startapların platformasıdır.

“Unicorns” - dəyəri 1 milyard ABŞ dollarından çox olan, innovasiyanın önündə gedən və yüksək sürətlə inkişaf edən startapların icmasıdır.

“Global Collaboration Village” - virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş dünyanın ilk genişləndirilmiş reallıq platformasıdır.

DİGƏR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı"na dair seminar keçirilib

XƏBƏRƏ BAXIN

Neftdən alqoritmlərə: Azərbaycanın rəqəmsal mükəmməllik yolu

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb