“The Coursera Podcast” 4SİM-in icraçı direktoru ilə müsahibəni yayıb

23 may 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov Coursera şirkətinin Qlobal kommunikasiya üzrə vitse-prezidenti Arunav Sinhanın təqdimatında "The Coursera Podcast”ına müsahibə verib.

 

Müsahibədə 4-cü sənaye inqilabının qlobal miqyasda sənayeləri necə dəyişdirdiyi və onun ölkəmizə təsirləri, Dünya İqtisadi Forumu ilə əməkdaşlıq, "Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiya" çərçivəsində planlaşdırılan təşəbbüslər, həmçinin Coursera ilə birgə icra olunan “4Sİ Akademiyası” layihəsi barədə məlumat verib.

 

"The Coursera Podcast" gələcək təhsil və gələcək iş mövzularında tanınmış ekspertlər, professorlar və sənaye liderləri ilə müsahibələr təqdim edən platformadır. Podkast Spotify, Apple Podcasts və Youtube üzərindən yayımlanır.

 

Müsahibəni tam olaraq buradan dinləyə bilərsiniz: https://t.ly/TWeRy

DİGƏR XƏBƏRLƏR

4SİM ilk dəfə keçiriləcək “iFest” tədbirinin rəsmi tərəfdaşıdır

XƏBƏRƏ BAXIN

Karbon qazının təkrar istifadəsi və emalı üçün qlobal çağırış

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb