4Sİ Akademiyası “Baku EduEXPO-2024”-də iştirak edib

27 may 2024

Təhsilin İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Asosiasiyası (KOBSKA) və “Baku Design Academy"nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə öyrənək” devizi altında keçirilən “Baku EduEXPO 2024" (24-25 may) Beynəlxalq Təhsil sərgi-satış yarmarkasına Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “#4SİAkademiyası” layihəsi də qatılıb.

Sərginin məqsədi təhsil sahəsində fəaliyyət göstərən KOB subyektlərinin və mikro sahibkarların tanıdılması, B2B və B2G əlaqələrinin genişləndirilməsi, satış imkanlarının artırılması və bizneslərinin inkişafına dəstək olmaqdır.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, TİF-in İdarə heyətinin sədri Elnur Nəsibov, 4SİM-in icraçı direktoru Fariz Cəfərov və KOBİA-nın İdarə heyəti sədrinin müavini Hikmət Məmmədov çıxış edərək özəl və dövlət qurumlarının, o cümlədən vətəndaş cəmiyyətinin əməkdaşlığı ilə keçirilən layihələrin əhəmiyyətindən və sərginin müsbət təsirləri haqqında öz fikirlərini bölüşüblər.

Fariz Cəfərov 4SİM-in TİF və Coursera şirkəti ilə icra etdiyi “4Sİ Akademiyası” layihəsinin uğurla davam etdiyini və bu günə kimi 7000 istifadəçinin ondan faydalandığını qeyd edib. Bildirilib ki, bu günə qədər istifadəçilər tərəfindən 2500 sertifikat əldə olunub. Layihənin bu il Milli proqram şəklində uzadılacağı və 200000 vətəndaşa Coursera platformasında ödənişsiz çıxış imkanı yaradılacağı qeyd olunub.

İki gün davam edəcək sərgidə 8000 nəfər ziyarətçi qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb