Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 1-2 iyun tarixlərində Bakı Kristal Zalında keçiriləcək “GameSummit Summer 2024” tədbirinin rəsmi tərəfdaşı olaraq iştirak edəcək.
2 gün ərzində Bakı Kristal Zalında ölkənin oyun sənayesi ekosisteminin bütün iştirakçıları bir araya gələcək. 2023-cü ildə qlobal oyun bazarının dövriyyəsi 240 milyard ABŞ dolları olub və 2030-cu ilə qədər bu rəqəmin 580 milyard dollardan çox olacağı gözlənilir. 4SİM tərəfindən hazırlanan “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya”da ölkəmizdə bu sənayenin və eksositemin inkişafı ilə bağlı tədbirlər nəzərdə tutulur.
4SİM “4Sİ Akademiyası” layihəsi çərçivəsində Coursera platformasında oyun sənayesi, Virtual Reallıq və Artırılmış Reallıq sahəsində rəqəmsal bilik və bacarıqlarla bağlı müxtəlif kurslar təklif edir. Sərgidə stendimizə yaxınlaşıb, 4-cü sənaye inqilabı ilə bağlı suallara cavab verərək Courserada 6 həftəlik ödənişsiz kuponlar qazana bilərsiniz.
Ətraflı: https://gamesummit.ai/