San-Fransisko Qlobal Texnologiya Forumunda iştirak edir

27 may 2024

4SİM Dünya İqtisadi Forumunun (DİF) Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün San-Fransiskoda təşkil olunan Qlobal Texnologiya Forumunda iştirak edir.

 

Forumda bu il 219 təşkilatı təmsil edən 300-ə yaxın qlobal lider iştirak edir. DİF-in 19 mərkəzi, o cümlədən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də tədbirdə təmsil olunur. Ümumilikdə 110 spikerin forum çərçivəsində çıxış edəcəyi gözlənilir.

 

Tədbirin keçirilməsində əsas məqsəd DİF tərəfindən inkluziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.

 

Forum çərçivəsində 4SİM-in icracı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan “Yeni Enerji Bərabərliyi (A new Energy Equation)” adlı sessiyada spiker qismində çıxış edəcəkdir. Fariz Cəfərov həmçinin üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.

 

Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

ArcGIS layihəsinin tələbələrə təqdimatı keçirilib

XƏBƏRƏ BAXIN

DİF-in Texnologiya Pionerləri 2025 icmasına qoşulmaq üçün müraciətlər qəbul olunur

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb