4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

29 may 2024

San Fransiskoda səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov #28May #MüstəqillikGünü münasibətilə Silikon Vadisində çalışan Azərbaycanlı icmanın nümayəndələri ilə görüşüb.

 

Fariz Cəfərov 4SİM-in fəaliyyəti, icra etdiyi layihələr və “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” haqqında icma üzvlərinə məlumat verib. Strategiya çərçivəsində yaradılması nəzərdə tutulan Generativ Süni İntellekt və Rəqəmsal Əməkdaşlıq Mərkəzi layihələrində Azərbaycanlı həmkarlarımızın hansı töhfələr verə biləcəyi barədə fikir mübadiləsi aparılıb.

 

Tədbir iştirakçıları Azərbaycan dilində böyük verilənlərin yaradılması, çağrı mərkəzlərinin işinin optimallaşdırılması üçün süni intellektin tətbiqi, Milli İqtisadiyyatın müxtəlif sektorlarında 4Sİ texnologiyalarının tətbiqi ilə bağlı müzakirələr aparıblar.

 

Görüşdə #Gladly, #Zoom, #Meta, #Nooks, #Fortinet kimi şirkətlərdə çalışan, eləcə də #StanfordUniversitetində təhsil alan tələbələrdən ibarət 20 nəfər Azərbaycanlı icma üzvü iştirak edib.

DİGƏR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı"na dair seminar keçirilib

XƏBƏRƏ BAXIN

Neftdən alqoritmlərə: Azərbaycanın rəqəmsal mükəmməllik yolu

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb