4SİM-in rəhbərliyi Süni İntellekt İdarəetmə Alyansının icma toplantısına qatılıb

29 may 2024

4SİM-in icraçı direktoru Fariz Cəfərov və Süni intellekt layihələri üzrə meneceri Ruslan Zeynalzadə San-Fransiskoda Dünya İqtisadi Forumunun (DİF) Süni İntellekt İdarəetmə Alyansı (AİGA) platformasının icma görüşündə iştirak edib.

 

12 sessiyadan ibarət toplantıda, AİGA-nın 127 üzvü iştirak edib. Qapalı keçən icma görüşündə biznes liderləri, müxtəlif transmilli şirkətlərin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunub.

 

Tədbirdə 4Sİ texnologiyaları, xüsusilə də, süni intellekt alqoritmlərinin tətbiqi, süni zəkanın qanunvericilik mexanizmləri ilə tənzimlənməsi, süni intellektdən istifadənin mənfi və müsbət cəhətləri, Böyürk Dil Modellərinin (LLM) yaradılması və tətbiqi mexanizmləri, süni intellekt həllərinin tətbiqi nəticəsində yeni iş yerlərinin yaradılması və bəzi iş yerlərinin əvəzlənməsi, ənənəvi biznes modellərin transformasiyası kimi mövzularda müzakirələr aparılıb və çıxışlar dinlənilib.

 

Toplantı çərçivəsində rəqəmsal transformasiya sahəsində süni intellekt proqram təminatı üzrə qabaqcıl şirkət olan C3 AI, Grammarly İnc və MIT universiteti ilə 4SİM arasında mümkün əməkdaşlıq imkanlarının qiymətləndirilməsi istiqamətində görüşlər keçirilib.

DİGƏR XƏBƏRLƏR

Ümumdünya Əşyaların İnterneti Konvensiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub

XƏBƏRƏ BAXIN

“Milli Proqram” çərçivəsində istifadəçilərin ən çox müraciət etdiyi 10 təlim

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb