4SİM-in qatıldığı Qlobal Texnologiya Forumu işinə başlayıb

29 may 2024

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndə heyəti mayın 28-də San-Fransiskoda işinə başlayan 3 günlük Qlobal Texnologiya Forumunda iştirak edir. Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabları mərkəzləri (4Sİ) şəbəkəsi üçün keçirilən tədbirdə 14 mərkəzin rəhbər və işçi heyəti qatılıb.

 

Forumun ilk günü “4Sİ Mərkəzlər Şəbəkəsi Yığıncağı”nda ortaq əməkdaşlıq istiqamətləri, mərkəzlər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün strategiyalar və planlar müzakirə olunub. 

 

4Sİ mərkəzlərindən gözləntilər və onların fəaliyyəti haqqında məlumat paylaşılıb. Hər bir mərkəz öz təcrübəsini bölüşüb. İsrail, Serbiya, Ruanda, Hindistan, Səudiyyə Ərəbistanı və Malayziya 4Sİ mərkəzlərinin rəhbərləri icra etdikləri ən uğurlu layihələr barədə təqdimatla çıxış edib.

 

Tədbir 3 mövzu ətrafında vörkşopla davam edib. Mərkəzlərin ekosistemi qurmaqda, həllər axtarmaqda, rəqəmsal transformasiyanı sürətləndirməkdə, siyasət formalaşdırmaqda hansı addımlar atması ilə bağlı rəylər formalaşdırılıb. 

 

Qlobal Texnologiya Forumunun məqsədi texnoloji tərəqqi yolu ilə inklüziv, davamlı və dayanıqlı iqtisadiyyatları və cəmiyyətləri dəstəkləmədir.

DİGƏR XƏBƏRLƏR

Uqanda Sənaye 4.0 Mərkəzinin nümayəndələri ilə görüş

XƏBƏRƏ BAXIN

“Süni İntellektin təsiri: Texnoloji proqnozlaşdırma ilə rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü” adlı panel sessiyası keçirilib

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb