4SİM və Plug and Play şirkəti arasında əməkdaşlıq müzakirə olunub

31 may 2024

San-Fransiskoda səfərdə olan 4SİM-in icraçı direktoru Fariz Cəfərov və Süni intellekt layihələri üzrə menecer Ruslan Zeynalzadə Silikon vadisinin rezidenti olan Plug and Play şirkətinin ofisində onun Enerji və Davamlılıq istiqamətinin təsisçisi Wade Bitaraf ilə görüşüblər.

 

Tərəflər “Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya” çərçivəsində Azərbaycanda yaradılması nəzərdə tutulan Rəqəmsal Əməkdaşlıq Mərkəzi, eləcə də Yeni Bizneslərin yaradılması layihələrində əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

 

Bundan başqa, ölkəmizdə startap ekosisteminin inkişafı üçün Plug and Play şirkətinin Azərbaycanda ofisinin açılması, Azərbaycan - Silikon vadisi əlaqələrinin gücləndirilməsi, Azərbaycanda startaplatın inkişafı üçün ayrılması nəzərdə tutulan fondların səmərəli idarə olunması imkanları barədə fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

“Milli Proqram” Qlobal Texnologiya Forumunda təqdim olunub

XƏBƏRƏ BAXIN

4SİM San-Fransiskoda keçirilən GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb