4SİM-in icraçı direktoru “Yeni Enerji Bərabərliyi” sessiyasında çıxış edib

31 may 2024

4SİM-in icraçı direktoru Fariz Cəfərov Qlobal Texnologiya Forumu çərçivəsində Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzi tərəfindən təşkil olunan “Yeni Enerji Bərabərliyi (A new Energy Equation)” adlı sessiyada spiker qismində çıxış edib.

 

“Datakind” şirkətinin icraçı direktoru Lauren Woodmanın moderetorluğu, “Brainbox AI” şirkətinin rəhbəri Samuel Ramadori və “PG&E” şirkətinin icraçı Vitse prezidenti Ajay Waghrayın iştirakı ilə keçirilən sessiyada enerji sistemlərində Süni intellektin tətbiqinin faydaları, tətbiq zamanı yarana biləcək risklər və texnologiyaların tətbiqinin optimallaşdırılması məsələləri müzakirə olunub. 

 

İştirakçılar 3 qrupa bölünərək Enerjidə texnologiyaların tətbiqi ilə bağlı risklər və potensial həllər ilə bağlı müzakirələr aparıb. 

DİGƏR XƏBƏRLƏR

4SİM ilə Çin təşkilatları arasında əməkdaşlığa dair memorandumlar imzalandı

XƏBƏRƏ BAXIN

4SİM yerli startapçıları Çində keçiriləcək “Yeni Çempionlar 2025” tədbirinə dəvət edir

XƏBƏRƏ BAXIN

© 2025. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb