4SİM ilə “Xsolla” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

04 iyun 2024

İyunun 4-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov ABŞ-nin “Xsolla” şirkətinin baş vitse-prezidenti və Kipr, Şərqi Avropa və Mərkəzi Asiya üzrə biznesin inkişafı üzrə məsul Anatoli Strutinski və “GameSummit” şirkətinin direktoru Fuad Nəsirov ilə görüşüb.

 

Görüşdə 1-2 iyun tarixlərində Bakıda “GameSummit Summer 2024” festivalının uğurla keçdiyi vurğulanıb. Bildirilib ki, 4SİM rəsmi tərəfdaş kimi tədbirdə öz stendi ilə iştirak edib. Sayca 3-cü dəfə təşkil olunan festivalda 50-dən çox yerli oyun studiyası və tərtibatçısı, bir neçə xarici şirkətin nümayəndələri və 30000 nəfərə yaxın ziyarətçinin qatıldığı qeyd olunub.

 

Azərbaycanda oyun sənayesinə marağın böyük olduğu və bu sahənin inkişafı üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bundan başqa 4SİM-in fəaliyyəti, həyata keçirdiyi layihələr və təşəbbüslər barədə məlumat verilib.

 

“Xsolla” şirkətinin fəaliyyəti barədə təqdimat dinlənilib. “Xsolla”nın qlobal video və kompüter oyun ticarəti şirkəti olduğu qeyd olunub. Şirkətin oyun tərtibatçısı olan studiya və şirkətlər üçün xidmətlər və həllər təklif etdiyi bildirilib.

 

Tərəflər Azərbaycanda oyun sənayesinin və ekosisteminin inkişafı, habelə mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

“Sənaye 4.0 hazırlıq proqramı"na dair seminar keçirilib

XƏBƏRƏ BAXIN

Neftdən alqoritmlərə: Azərbaycanın rəqəmsal mükəmməllik yolu

XƏBƏRƏ BAXIN

© 2024. Bütün hüquqlar qorunur.

Safaroff Agency tərəfindən hazırlanıb